Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib
Qara dənizdə "ALTURA" neft tankerinə dron hücumu qəsdən törədilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.
Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir.
A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:
"Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək".
Oxşar xəbərlər
Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək
Rusiya digər ölkələrə hücum etməyə hazırlaşmır, lakin öz ərazilərinə birbaşa hücum olacağı təqdirdə mövcud olan bütün silahlardan istifadə edərək cavab vermək m...