VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş vitse-prezidenti, Demokrat Partiyasının üzvü Co Baydenin prezidentliyə namizədliyi irəli sürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə siyasətçinin özü ölkə mətbuatına videomüraciətində bildirib.

Qeyd edək ki, Co Baydenin prezidentliyə namizədliyi Demokrat Partiyası tərəfindən rəsmi olaraq dünən irəli sürülüb.

Partiyanın dörd günlük milli konqresi epidemiya səbəbindən virtual olaraq keçirilib. Ölkənin başqa yerlərindəki nümayəndələr distant formada səs veriblər.
C.Baydenin cümə axşamı namizədlik nitqi ilə çıxış edəcəyi bildirilib.

“Bütün qəlbimlə çox təşəkkür edirəm. Bu, mənim və ailəm üçün dünyalara bərabərdir”, - deyə C.Bayden qeyd edib.

Onlayn olaraq baş tutacaq Respublika Milli Konqresinin gələn həftə də keçiriləcəyi açıqlanıb. ABŞ-ın hazırkı prezidenti Donald Trampın namizədlik çıxışını Ağ Evdə edəcəyi bildirilib.

BAKU.WS