VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Novosibirsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklərin Müalicəsi fakultəsinin dosenti Vladislav Mitroxin bildirib ki, Çində yayılan yeni SFTS virusu koronavirusdan daha az təhlükəlidir.

BAKU.WS “report”a istinadən xəbər verir ki, yeni virus haqqında məlumatlar çox azdır. Yalnız bu məlumdur ki, onda koronavirusdan fərqli olaraq, mədə-bağırsaq ağırlaşmaları mövcuddur. Amma düşünürəm ki, koronavirus və qrip virusu daha çox təhlükəlidir", - dosent deyib.

Həkim qeyd edib ki, elmdə bununla bağlı narahatlığın olub-olmaması ilə əlaqədar hələ tam təsəvvür yoxdur.

Mitroxinin sözlərinə görə, bir həftə ərzində virus haqqında daha çox şey məlum olacaq.

Qeyd edək ki, Çində sürətlə yeni virus növü yayılır. Yeni virus artıq bir neçə nəfərin ölümünə səbəb olub.

BAKU.WS