İran ABŞ-la yeni danışıqlar üçün Livanda atəşkəs şərti irəli sürdü

İran ABŞ-la yeni danışıqlar üçün Livanda atəşkəs şərti irəli sürdü
Dünya 4

İran Livanda atəşkəs təmin olunmayana qədər ABŞ ilə sanksiyalar və nüvə proqramı ilə bağlı yeni danışıqlara başlamağı planlaşdırmır.

BAKU.WS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, İsveçrədə keçirilən son görüş 18 iyun 2026-cı il tarixli Müharibənin Dayandırılması Memorandumunun icrasına nəzarət məsələlərinə həsr olunub.

Bəqai bildirib ki, memorandumun müddəalarına əsasən, yekun saziş üzrə danışıqlara başlanılması bir sıra əsas şərtlərin yerinə yetirilməsindən asılıdır. O vurğulayıb ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılmadan növbəti danışıqlar mərhələsinə keçid mümkün deyil.

XİN rəsmisi əlavə edib ki, İsveçrədə aparılan müzakirələr zamanı İran neftinin ixracı, ölkənin dondurulmuş aktivlərinin azad edilməsi və memorandumda nəzərdə tutulan digər öhdəliklərin icrası da gündəmdə olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər