Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
Abşeron rayonu, Masazır kəndində yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb.
Bildirilib ki, hazırda reydlər davam etdirilir. Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır:
"Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq".
Qeyd edək ki, iyunun 19-da saat 18 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub. Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda baş verən partlayışda xəsarət alan azyaşlının vəziyyəti AÇIQLANDI
Sumqayıtda baş verən partlayışda xəsarət alan azyaşlının vəziyyəti açılanıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəe...