"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb
21
iyn
2026
16:16
"Qarabağ" futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
BAKU.WS Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.
Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən "Qarabağ"ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.
Qeyd edək ki, o, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.
Oxşar xəbərlər
Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişədən sonra aldığı cəza müzakirələrə yol açıb. Futbolçunun...