Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
Azərbaycan təmsilçiləri Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə təşkil olunacaq gənclər arasında Qran-pri turnirində mübarizə aparacaqlar.
Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Dünya Cüdo Turuna daxil edilən yarış oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
Yığma turnirə 17 cüdoçu (10 oğlan, 7 qız) ilə qatılacaq.
İdmançılarımız tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.
Azərbaycanı təmsil edəcək oğlan cüdoçular arasında Anar Quliyev, Məhəmməd Rüstəmli (hər ikisi 60 kq), Əhməd Rüstəmov (66 kq), Səlim Sultanov (73 kq), Özqan Quliyev (73 kq), Məhəmməd Ağakişiyev (81 kq), Əli Qazıməmmədov (90 kq), Davud Namazlı, Canpolad Əliyev (hər ikisi 100 kq), Ramazan Əhmədov (+100 kq), qızlar arasında isə Nərgiz Əhmədova (48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq), Hanna Zaytseva, Nilgün Rzayeva (hər ikisi 63 kq) yer alıblar.
Gənclər arasında Qran-pri turnirində 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.
Oxşar xəbərlər
Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi
Fransanın PSJ klubunda çıxış edən gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması ilə nəticələnən zədəsindən sonra ilk dəfə açıql...