İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başladı
Qətər Xarici İşlər Nazirliyi danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.
Bu barədə Qətər XİN bəyanat yayıb.
"Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin - Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir", - deyə məlumatda qeyd olunub.
Rəsmi Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib. Diplomatın sözlərinə görə, bu, bütün tərəflərin danışıqlar prosesinin xoşməramlı şəkildə irəliləməsinə sadiqliyini əks etdirir.
Əl-Ənsari həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həllərə sadiqliyini və Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
****
İran, ABŞ və Qətər nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə start verilib.
BAKU.WS-in məlumatına görə, bu barədə İranın dövlət televiziya və radio qurumu olan IRIB xəbər yayıb.
Bildirilib ki, tərəflər görüş zamanı Livanda mümkün atəşkəsin təmin edilməsi və İranın xaricdə dondurulmuş aktivlərinin blokdan çıxarılması məsələlərini müzakirə edirlər.
Danışıqlar İsveçrənin Bürgenstok kurort bölgəsində keçirilir. Məlumata əsasən, İran nümayəndə heyəti memorandumda əks olunan beş bəndin icrasına nail olmağa çalışır. Sənədin digər üç bəndi ilə bağlı isə hələlik məlumat açıqlanmayıb.
Xatırladaq ki, Tehran daha əvvəl bəyan etmişdi ki, Livanda atəşkəs əldə olunmayınca ABŞ ilə sanksiyalar və nüvə proqramı ətrafında yeni danışıqlara başlamayacaq.
Oxşar xəbərlər
Pakistanın xarici işlər naziri ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər. BAKU.WS report-a istinadən xəbər verir...