Trampın iki mühafizəçisi Venesuelada saxlanılıb

"Venesuelada dövlət çevrilişinə cəhdə görə həbs olunanlar arasında ABŞ-ın iki vətəndaşı, prezident Donald Trampın şəxsi mühafizəsinin əməkdaşları da var".
BAKU.WS xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro bildirib.
O əlavə edib ki, ölkədə dövlət çevrilişinə cəhd edən 13 muzdlu şəxs saxlanılıb: "Çevrilişə cəhd edənlərdən narkotik vasitələr, dollar, silah, peyk telefonları, radioqəbuledicilər və gecəgörmə cihazları aşkar olunub".
Qeyd edək ki, Venesuelanın Konstitusiya Assambleyasının sədri Dosdado Kabelo bildirib ki, saxlanılan şəxslər qayıqlar vasitəsilə ölkəyə daxil olmağa çalışıblar.
Oxşar xəbərlər
Venesuelada yanacaq tükənib - İrandan yardım istədi
ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən dünyanın ən böyük neft ehtiyatına malik Venesuelada yanacaq tükənib. BAKU.WS xəbər verir ki, bu barədə "Associated P...
