Hüseyn Məhəmmədoğlu dişləri ilə bağlı tənqidlərə cavab verib
Yeniliklərdən dərhal xəbərdar olun
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkələrdə dişlərinə görə ünvanlanan tənqidlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, sənətçi "Həyatın dadı" verilişində bu barədə danışıb.
O qeyd edib ki, dişlərinin fərqli formada olması onun klarnet ifaçılığı ilə bağlıdır və bu vəziyyətin dəyişdirilməsini istəmir: "Bunu düzəltməyə ehtiyac yoxdur. Klarnetə görə belə olub. Dəyişsəm, işimə təsir edə bilər".
Məhəmmədoğlu əlavə edib ki, ona pulsuz stomatoloji yardım təklif olunsa da, bunu qəbul etmir. Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzən əsaslandırılmadan tənqidlər yazılır və bu cür münasibətlər onu narahat etmir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...