Qara dənizdə yük gəmisinə dron hücumu: Xilas edilənlər arasında türklər də var
Yeniliklərdən dərhal xəbərdar olun
Qara dənizdə üzən Panama bayraqlı "Victress" adlı yük gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, hücum nəticəsində gəmidə güclü yanğın baş verib və alov qısa müddətdə gəminin böyük hissəsini əhatə edib.
Məlumata görə, gəmidə Türkiyə, Misir və Hindistan vətəndaşlarından ibarət heyət olub. Hadisədən sonra heyət üzvlərinin təxliyəsi üçün əməliyyata başlanılıb.
İlkin məlumata əsasən, 9 heyət üzvü xilas edilib. Xilas olunanlar arasında Türkiyə vətəndaşlarının da olduğu bildirilir.
Bəzi mənbələr hücum nəticəsində ölənlərin olduğunu iddia etsələr də, bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hadisədən sonra baş verən yanğının gəmiyə ciddi ziyan vurduğu qeyd olunur. Hazırda "Victress" gəmisinin vəziyyəti və itkin düşdüyü bildirilən heyət üzvlərinin taleyi ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...