Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
22
iyn
2026
09:51
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Oxşar xəbərlər
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb. BAKU.WS xəbər verir ki, o bu barədə Azərbaycana səf...