Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.
Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, Azərbaycanın beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.
Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu və dinamik inkişafını qeyd edib, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. BAKU.WS xəbər verir ki,...