Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Qeyd edək ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.
Oxşar xəbərlər
Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi
Bakıda 30 il əvvəl taksi sürücüsünü qətlə yətirməkdə təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS Oxu....