Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
14
okt
2026
16:27
Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verən avtomobil qəzasında beş nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Chevrolet" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanalardan birinə yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, pu...