Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
Foto
Hadisə 2

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu (BAQM) məhv edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, AQTA nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı BAQM-dən (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər