79 adamın həyatına son qoyan otellə əlaqədar səhlənkarlıq zənciri - Üstü bəzək olsa da…

79 adamın həyatına son qoyan otellə əlaqədar səhlənkarlıq zənciri - Üstü bəzək olsa da…
Foto
Dünya 478

Türkiyəni yasa boğan və 79 nəfərin ölümünə səbəb olan yanğın fəlakəti ilə bağlı səhlənkarlıq zənciri gündən-günə ortaya çıxmağa davam edir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, insanların çoxunun yatarkən yaxalandığı yanğında otelin çiləyici sisteminin olmadığı, olsaydı yanğının başladığı yerdə söndürüləcəyi üzə çıxıb.

Yanğından sonra yararsız hala düşən bina ilə bağlı Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi tərəfindən aparılan araşdırmalar yekunlaşıb.

Bolu Kartalkayada baş verən yanğında yararsız hala düşən otel binası üçün hazırlanan ilkin zərər qiymətləndirmə hesabatında binaya "ağır ziyan dəydiyi" qeyd edilib.

Bu hesabata uyğun olaraq otel binasının yenidən qurulması və ya tamamilə sökülməsi ilə bağlı qərar veriləcək. Yanğından sonra jandarma bölgədə geniş təhlükəsizlik tədbirləri alıb. Otel mühasirəyə alınıb və bina müvəqqəti olaraq möhürlənib.

Məlumata görə, araşdırmalar zamanı oteldə çiləyici sisteminin olmadığı, olsaydı, sistemin yanğın anında dərhal işə salınacağı və yanğının başladığı yerdə söndürüləcəyi müəyyən edilib.

Bundan başqa otelin yanğına davamlı olması nəzərdə tutulan daxili dəhliz qapıları standartlara uyğun hazırlanmayıb. Qapılar standartlara uyğun olsaydı, yanğın yalnız bir mərtəbəyə yayılacaq və qalanları evakuasiya etmək asanlaşacaqdı. İstiliyə həssas yanğın siqnalının işləmədiyi və avtomatik işə salınmadığı da məlum olub. Bəzi mərtəbələrdə tüstü sensorlarının işləmədiyi və sıradan çıxdığı müəyyən edilib. Yanğın siqnalizasiyası və tüstü detektorları işləmədiyi üçün çox sayda insan yatarkən yanğına tuş gəlib.

Yanğın siqnalizasiyası və tüstü sensorları işləsəydi, insanlar alovların içində yatmazdılar. Siqnal işləmədiyi üçün bir çox insan yatarkən ölüb. Oteldə iki yanğın nərdivanı var idi. Amma hər ikisi otelin içərisində yerləşirdi. Baş verən yanğında yanğın pilləkənlərinin yerləşdiyi standartlara cavab verməyən hissələri də alov bürüyüb.

Yanğına davamlı və ya xüsusi yanğın qapıları olmadığından yanğın nərdivanlarına heç kim çata bilməyib.

Xatırladaq ki, çərşənbə axşamı Bolu Kartalkaya xizək mərkəzində Grand Kartal otelində baş verən yanğında 79 nəfər həyatını itirib. Yanğın fəlakəti ilə bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər