SİZİN REKLAM BURADA!
055 213 76 73


Bağdadda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin qətlə yetirilməsindən sonra ABŞ-ın İraqdakı səfirliyi həyəcan təbili çalıb.

BAKU.WS “Sabah”a istinadən xəbər verir ki, ABŞ səfirliyi bu ölkədəki vətəndaşlarına çağırış edərək dərhal İraqı tərk etmələrini istəyib.

Səfirlik bu addımın ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə atıldığını açıqlayıb.

Bu arada, İsrail hökuməti də bu hadisədən sonra hərbi və təhlükəsizlik rəsmilərini təcili iclasa çağırıb. Qolan təpələri və Suriya ilə sərhəddəki Hermon dağlarına raket zərbələri riski səbəbindən girişi bağlayıb.

BAKU.WS