"İsrailin F-35 Adir qırıcıları Suriyada S-400 sistemlərinə qalib gəldi”

İsrailin F-35 Adir qırıcıları Suriyada S-400 sistemlərinə qalib gəldi”
Siyasət 875

İsrail Hərbi Hava Qüvvələrinin F-35 Adir qırıcıları Suriya, İraq və Livan səmalarında İsrail Müdafiə ordusunun üstünlüyünü təmin edir. ABŞ ordusunun istefada olan generalı Harri Hort belə deyib.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş hərbçinin sözlərinə görə, Moskvanın prezident Putinin göstərişi əsasənda Suriyaya göndərdiyi S-300 və S-400 zenit-raket kompleksləri “stels” texnologiyasına əsaslanan bu qırıcıların hərəkətini izləyə bilmir.

General qeyd edib ki, həmin texnoloji üstünlük sayəsində son aylarda İsrail HHQ Suriya və İraqda “Hizbullah”ın və İranın İnqilab Keşikçiləri Korpusunun obyektlərinə sistemli zərbələr endirir. İndiyə qədər ABŞ-ın “Lockheed Martin” korporasiyası İsrailə sifariş verdiyi 50 F-35 qırıcısından 20-ni çatdırıb.

İsrail Hərbi Hava Qüvvələri F-35 qırıcılarının köməyi ilə S-400 komplekslərinin radarlarının əhatə dairəsinə daxil olan rayonlarda zərbələr endirir. Qırıcının göyərtəsində ballistik raketlərin dislokasiya yerlərini müəyyən edən, hətta onların istiqamətini dəyişdirən radar kompleksləri var. “Lochheed Martin” şirkəti bildirib ki, İsrail pilotlarının əldə etdiyi təcrübə əsasında yaxın zamanlarda F-35 Adir qırıcılarında innovativ dəyişiklik ediləcək.

Son xəbərlər