İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya – Günahkar Suriya, İran və…
18
sen
2018
18:53
İsrail Rusiyaya aid “İl-20” təyyarəsinin vurulması ilə bağlı heç bir məsuliyyət daşımadığını açıqlayıb.“Qafqazinfo” xəbər verir ki, İsrail tərəfi baş verənlərə görə rəsmi Dəməşqi, İranı və Hizbullahı günahkar bilib. İsrail, həmçinin, insidentin araşdırılması üçün Rusiyaya bütün vacib informasiyaları təqdim etməyə hazır olduğunu bəyan edib.Rəsmi Tel-Əviv eyni zamanda, İsrailə aid qırıcıların ötən gecə Suriya Silahlı Qüvvələrinə aid obyektləri bombaladığını etiraf edib.Xatırladaq ki, Rusiyaya aid içərisində 15 hərbçinin olduğu təyyarə Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Moskva isə təxribata yol verdiyini iddia edərək baş verənlərə görə İsraili məsul tutub.Qeyd edək ki, hadisədən sonra İsrail səfiri Rusiya XİN-nə çağırılıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə israilli həmkarı Aviqdor Libermanla telefon əlaqəsi saxlayaraq məsuliyyətsiz davranışlarının 15 rus əsgərinin ölümünə səbəb olduğunu deyib.BAKU.WS
Oxşar xəbərlər
Həsən Ruhanidən müharibə xəbərdarlığı: "İran 2 şəhəri yer üzündən siləcək"
İran və İsrail münasibətləri gərginləşməkdə davam edir.BAKU.WS xəbər verir ki, bu dəfə rəsmi Tehran İsraili hədələyib. "Fars" agentliyinin yaydığı məlumata görə...