Azərbaycanın İsraildən silah alması Ermənistanı qorxuya salıb
15
sen
2017
22:54
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə rəsmi səfəri və hərbi əməkdaşlıqla bağlı yeni addımların atılması Ermənistanda ciddi narahatlıq doğurub.Son vaxtlar Bakı ilə Təl-Əviv arasında əlaqələrin pozulması üçün cəhdlər edən, lakin məqsədinə nail ola bilməyən Yerevan bu dəfə fərqli taktikaya əl atıb.Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın nümayəndə heyəti Yerevana səfər edən İsrail Knessetinin təmsilçiləri ilə görüşdə Təl-Əvivin Bakıya silah satmasına görə şikayətləniblər.Bununla bağlı 15 sentyabrda erməni mətbuatına Ermənistan-İsrail beynəlxalq forumunun həmsədri Qayk Kotanyan məlumat verib.O deyib ki, görüşdə İsrailin Azərbaycanla uzunmüddətli silah satışı layihələrini gerçəkləşdirməsindən narahatlıqlarını ifadə ediblər. Məlumatda iddia olunur ki, İsrail nümayəndə heyəti ermənilərin bu mesajını öz hökumətinə çatdıracağına söz verib.BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşüb - FOTO
Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş...