Bəşərə ağır zərbə vuruldu
10
may
2018
11:24
İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) məhv edilib.BAKU.WS xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Verilən məlumata görə, endirilən zərbələr nəticəsində bir radiolokasiya stansiyası məhv edilib.Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub. İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.BAKU.WS
Oxşar xəbərlər
İran hərbi bazasında güclü partlayış, azı 20 hərbçi öldü
Ötən gün aprelin 14-də axşam Suriyanın Hələb şəhəri yaxınlığına İranın İnqilab Keşikçiləri Korpusunun bazasında güclü partlayış baş verib.Virtualaz.org “Reuters...