Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib

23
okt
2019
21:01
ABŞ Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlaması ilə əlaqədar Türkiyəyə qarşı bu il oktyabrın 14-də elan etdiyi sanksiyaları ləğv edib.Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.D. Tramp bəyan edib ki, sanksiyaların ləğv olunması ilə bağlı maliyyə nazirinə göstəriş verib: "Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin".Bununla belə, ABŞ lideri qeyd edib ki, Türkiyənin Suriyada atdığı addımlar qənaətbəxş olmayacağı təqdirdə, sanksiyalar bərpa oluna bilər.D. Tramp digər ölkələri Suriya ilə sərhədlərinə nəzarəti gücləndirməkdə Türkiyəyə yardım göstərməyə də çağırıb.Qeyd edək ki, Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatı ilə əlaqədar oktyabrın 14-də Türkiyənin Müdafiə Nazirliyinin, Enerji və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və Daxili İşlər naziri Süleyman Soylunun adını sanksiya siyahısına daxil etmişdi.
Oxşar xəbərlər
ABŞ Türkiyəyə sanksiya tətbiq etməyəcək - Tramp geri addım atdı
Dünən ABŞ-ın vitse-prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı "Barış pınarı” əməliyyatının 120 saatlıq dayandırılması...
