SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın “Rustavi 2” kanalının əməkdaşı, 7 iyulda verilişdə Rusiya Prezidenti Vladimir Putini söyən Georgi Qabunya rəsmən işdən qovulub.

BAKU.WS xəbər verir ki, bu barədə kanalın rəsmi saytında məlumat verilib.

Kanaldan bildirilib ki, Qabunyanın mövqeyi rəhbərliklə üst-üstə düşməyib və o, işdən azad edilib.

Qeyd edək ki, Qabunya Putini söydüyü üçün öz hesabına 2 ay müddətinə məzuniyyətə göndərilmiş, lakin onun işdən çıxarılmayacağı bildirilmişdi.
BAKU.WS