Putini təhqir edən aparıcı efirdən uzaqlaşdırılıb
08
iyl
2019
21:27
“Rustavi 2” telekanalı Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədən aparıcı Giorgi Qabunianı 2 ay müddətinə efirdən uzaqlaşdırıb.BAKU.WS xəbər verir ki, iyulun 7-də yayımlanan proqramı təkrar gözdən keçirən telekanalın özünütənzimləmə orqanı G. Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verib.Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı G. Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib.
Oxşar xəbərlər
Putindən Gürcüstanla bağlı sərt QƏRAR - Uçuşlar qadağan olundu
Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunu müvəqqəti qadağan edib.BAKU.WS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iyul...