İşdən çıxarılan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
04
may
2018
17:09
Bakı Şəhər Təhsil İdarəsi şagirdi döydüyünə görə işdən qovulan müəllimlə bağlı yeni məlumat yayıb.BAKU.WS xəbər verir ki, idarədən qafqazinfo-ya verilən açıqlamada bildirilib ki, 189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir:"Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib".BAKU.WS
Oxşar xəbərlər
Nazir tərəfindən işdən qovulan müəllimənin şagirdi: - Səyyarə müəllimənin günahı yoxdur - VİDEO
"Səyyarə müəllimənin heç bir günahı yoxdur. Nuray yazı yazanda başını aşağı əymişdi, müəllimə partaya vuranda onun başına dəydi".BAKU.WS -in məlumatına görə, bu...