Yəməndə illərdir vətəndaş müharibəsinin və Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumunun davam etdiyi bir vaxtda ölkə parçalanma təhlükəsi ilə üzləşib.

BAKU.WS Milligazete-yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstək verdiyi və Yəmənin cənubunda ciddi təsirə malik olan “Cənub Keçid Şurası” ölkənin bölünməsinin vacib olduğunu açıqlayıb.

Şura Yəmənin cənubunda federal dövlətin yaradılması istiqamətində geri adım atmayacaqlarını elan edib.

Şura koalisiya qüvvələrinin də göstərdiyi dəstəyə görə də təşəkkür edib.
BAKU.WS