SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransada "qırmızı bülleten"lə axtarılan İŞİD terror təşkilatınn üzvü olan 3 qadın 9 uşağı ilə birgə Türkiyə polisi tərəfindən həbs olunub.

BAKU.WS xəbər verir ki, bu barədə yerli "Hürriyet" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, İŞİD-çilər Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə qaçaq yollarla daxil olmaq istəyərkən yaxalanıb. 

Saxlanılan terrorçular fransız əsilli Cenifer Klein (28 yaş) 2013-cü ildə, Mayalen Duhart (36 yaş) və Kristina Allain (61 yaş) 2014-cü ildə Suriyaya gedərək İŞİD sıralarına qatılıblar.

Birincinin yoldaşı Kevin Qonot (33 yaş) İraqda mühakimə olunaraq edam edilib. Kristinanın əri Stefan Qonot 2015-ci ildə hava hücumu zamanı, sonuncunun əri Tomas Kollanc (37 yaş) isə Suriyada silahlı qarşıdurma zamanı zərərsizləşdirilib. 
BAKU.WS