Türkiyəyə qaçaq yolla girmək istəyən İŞİD-çi qadınlar ələ keçdi
07
avq
2019
11:53
Fransada "qırmızı bülleten"lə axtarılan İŞİD terror təşkilatınn üzvü olan 3 qadın 9 uşağı ilə birgə Türkiyə polisi tərəfindən həbs olunub.BAKU.WS xəbər verir ki, bu barədə yerli "Hürriyet" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, İŞİD-çilər Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə qaçaq yollarla daxil olmaq istəyərkən yaxalanıb. Saxlanılan terrorçular fransız əsilli Cenifer Klein (28 yaş) 2013-cü ildə, Mayalen Duhart (36 yaş) və Kristina Allain (61 yaş) 2014-cü ildə Suriyaya gedərək İŞİD sıralarına qatılıblar.Birincinin yoldaşı Kevin Qonot (33 yaş) İraqda mühakimə olunaraq edam edilib. Kristinanın əri Stefan Qonot 2015-ci ildə hava hücumu zamanı, sonuncunun əri Tomas Kollanc (37 yaş) isə Suriyada silahlı qarşıdurma zamanı zərərsizləşdirilib.
Oxşar xəbərlər
İŞİD-çi rus qadınlar uşaqları ilə birlikdə saxlanıldı
İnterpol tərəfindən axtarışda olan 2 rus qadın Türkiyənin Suriya ilə sərhədindəki Şanlıurfanın Akçakale qəsəbəsində saxlanılıblar.BAKU.WS DHA-ya istiandən xəbər...