SİZİN REKLAM BURADA!
055 213 76 73



Skandinaviya və ətraf ölkələrdə insanlar özünü çox xoşbəxt hiss edir. BMT-nin sifarişi ilə hazırlanan “World Happiness Report” da bunu deyir.

BAKU.WS
  bizimyol.info-ya istinadən xəbər verir ki, hesabata görə, özünü ən çox xoşbəxt Finlandiyada hiss edirlər. Finləri norveçlilər, danimarkalılar və islandlar izləyir.

Ümumiyyətlə, hesabatda 156 ölkənin adı yer alıb. Axırıncı pillədə Burundi qərarlaşıb.

Azərbaycan sıralamada 87-ci yerdədir. Postsovet məkanında Qırğızıstanı (92), Gürcüstanı (128), Ermənistanı (129) və Ukraynanı (138) geridə qoyuruq. Özbəkistan (44), Litva (50), Latviya (53), Rusiya (59), Qazaxıstan (60), Estoniya (63), Moldova (67), Türkmənistan (68), Belarus (73), Tacikistan (80) daha yaxşı mövqedədir.

Hesabatı hazarlayarkən ölkədə ÜDM-nin adambaşına düşən payını, orta ömür müddətini, sosial şərtləri, həyat seçimi azadlığını, korrupsiyanın səviyyəsi və bir çox başqa amilləri nəzərə alıblar.

Ən xoşbəxt 15 ölkə:

Finlandiya (7.632)
Norveç (7.594)
Danimarka (7.555)
İslandiya (7.495)
İsveçrə (7.487)
Niderland (7.441)
Kanada (7.328)
Yeni Zelandiya (7.324)
İsveç (7.314)
Avstraliya (7.272)
İsrail (7.190)
Avstriya (7.139)
Kosta Rika (7.072)
İrlandiya (6.977)
Almaniya (6.965)

Ən “bədbəxt” 15 ölkə:

Anqola (3.795)
Madaqaskar (3.774)
Zimbabve (3.692)
Əfqanıstan (3.632)
Botsvana (3.590)
Malavi (3.587)
Haiti (3.582)
Liberiya (3.495)
Suriya (3.462)
Ruanda (3.408)
Yəmən (3.355)
Tanzaniya (3.303)
Cənubi Sudan (3.254)
MAR (3.083)
Burundi (2.905)

BAKU.WS