SİZİN REKLAM BURADA!
055 213 76 73



Qazaxıstan lideri Nursultan Nazarbayev istefa qərarını xalqa açıqlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinlə söhbətləşib.

BAKU.WS
 Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Peskov deyib ki, Kreml mətbuat xidməti liderlərin telefon danışığı barədə indi heç bir şərh verə bilməyəcək.

Nazarbayevin istefasından sonra prezident seçkilərinə qədər dövlət başçısı səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev yerinə yetirəcək.

Son bir neçə ayda, hətta ildə cənab Nazarbayevin istefaya gedəcəyi barədə spekulyasiyalar dolaşırdı.

Bu şaiyələr bu yaxınlarda daha da güclənmişdi - çünki o, Konstitusiya Məhkəməsindən prezidentin istefası prosesini aydınlaşdırmağı rəsmən istəmişdi. Məhkəmə isə demişdi ki, prezidentin istefa etmək hüququ var.

Çoxları üçün, onun tezliklə istefaya gedəcəyi aydın idi. Ancaq bütün hallarda, onun bu günkü bəyanatı hamıya təəccüblü gəldi.

Cənab Nazarbayev müstəqil Qazaxıstanın yeganə prezidenti olub. Çoxları ona ömürlük prezident kimi yanaşırdı - bu isə Mərkəzi Asiyanın avtoritar dövlətlərində yayılmış bir təcrübədir.

Zülfiyyə Qurbanova
BAKU.WS