Kremldən İlham Əliyevlə Putinin münasibətləri barədə AÇIQLAMA

Kremldən İlham Əliyevlə Putinin münasibətləri barədə AÇIQLAMA
Siyasət 1019
Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir.BAKU.WS xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri “AzərTAc”a müsahibəsində söyləyib. D.Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.“Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz”, - deyən Dmitri Peskovun sözlərinə görə iki ölkə arasında çoxşaxəli münasibətlər var. Kremlin rəsmi nümayəndəsi deyib: “Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.BAKU.WS

Oxşar xəbərlər

Vladimir Putin: Azərbaycan-Rusiya münasibətləri inkişaf edir

Vladimir Putin: Azərbaycan-Rusiya münasibətləri inkişaf edir

Azərbaycan-Rusiya münasibətləri həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir.Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azər...

912 Siyasət 15:49 01 sentyabr 2018

Son xəbərlər