48 gün sonra İrana ilk təyyarə yola düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
İran hava məkanının qismən açılması və Tehran da daxil olmaqla, ölkənin 6 hava limanında fəaliyyətin bərpa olunduğunun elan edilməsindən sonra Omandan İrana ilk təyyarə yola düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Yaxın Şərq aviadispetçer xidmətindəki mənbə məlumat verib.
Mənbə təyyarənin marşrutu, eləcə də bunun sərnişin reysi və ya texniki reys olub-olmadığına dair detalları açıqlamayıb.
"Təyyarə Maskatdan İrana yola düşüb. Bu, İran hava məkanının qismən açılmasının elan edilməsindən bəri başqa ölkədən uçan ilk təyyarədir", - deyə mənbə bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...