Ən güclü şahmat ölkələrini ölçmək üçün bir çox yol var. Rusiya olduqca genis bir əhali sayına sahib, 2559 titullu oyunçu, 243 önəmli qrossmeysterı özündə toplamışdır. Əslində, FIDE’nin 179 federasiya siyahısına görə, Rusiyanın 143 ölkədən daha çox  qrossmeysterı var.

Əgər şahmatın gücünü ölkə əhalisinin sıxlığı ilə götürsək, kiçik ölkə olan İslandiyanın soyuq şahmat gücü bütün dünyaya açılar. Belə ki, 334 252 nəfər əhalisi olan ölkədə 13 nəfər qrossmeyster var. Müqayisə üçün ABŞ-ın 323.1 milyonluq əhalisini 94 nəfər qrossmeyster təmsil edir ki, bu da hər 3 437 234 amerikalıya bir qrossmeyster edir.


Amma kəmiyyət hər şey demək deyil. Ən yaxşı şahmat ölkəsini müəyyən eləmək üçün bizə keyfiyyət faktoru da lazımdır. Yəqin ki, bir ökənin şahmat gücünü ölçməyə imkan verəcək ən yaxşı ölçü onun neçə nəfər super-qrossmeysterə  – 2700 ya da daha çox xala malik olub ən yüksək səviyyədə şahmat oynayan insan-qrossmeysterlər – malik olmasıdır.

BAKU.WS xəbər verir ki, bu ölçü ilə dünyanın ən yaxşı 9 şahmat ölkəsi aşağıdakılardır:
 
9. İngiltərə

Super-GMs 2700+: 2
Ən yaxşı oyunçu: Michael Adams, 2705
Super-GM-lərin orta reytinqi: 2703
İngiltərə 2 nəfər  GMs-ə sahibdir. Michael Adams dünyanın ən məşhur şahmatçılarından biridir və David Howell hələ 27 yaşındadır və İngiltərənin uzun bir müddət super GM -ə sahib olmasını təmin edəcəkdir.
 
8. Polşa

Super-GMs 2700+: 2
Ən yaxşı oyunçu: Radoslaw Wojtaszek, 2738
Super GM-lərin orta reytinqi: 2731
Wojtaszek hələ reytinq baxımından Polşa bayrağını daşıyır, amma bir şey də var ki, növbəti dünya çempionu ola biləcək şəxs 19 yaşındakı Jan-Krzysztof Dudadır.
7. Fransa

Super-GMs 2700+ : 2
Ən yaxşı oyunçu: Maxime Vachier-Lagrave, 2789
Super  GM-lərin orta reytinqi: 2753.5
Dünyanın ən həyəcan verici şahmat oyunçularından biri olan MVL nin pərəstişkarı olmaq üçün Francofil olmaq məcburiyyətində deyilsiniz.
6. Ukrayna

Super-GMs 2700+: 3
Ən yaxşı oyunçu: Vassily İvançuk, 2713
Super GM-lərin orta reytinqi: 2708.97
Kramerin, Ukraynanın Seinfeld TV-dəki Risk mövzusunda siyasi mövqeyi haqqında nə düşündüyünə baxmayaraq, heç kim Ukraynanın şahmatda zəif olduğunu deyəcək qədər səhv etməz.
5. Hindistan

Super-GMs 2700+: 3
Ən yaxşı oyunçu: Vişy Anand, 2776
Super GM-lərin orta reytinqi: 2737.93
Anand,  48 yaşında  Moskvada Tal Memorial Rapid i qazanaraq,  həyatının ən yaxşı şahmatını oynayan bir əfsanədir.
4. Amerika Birləşmiş Ştatları

Super-GMs 2700+: 3
Ən yaxşı oyunçu: Wesley So, 2799
Super GM-lərin orta reytinqi: 2790
ABŞ-ın böyük “üçlüyü” olan So, Fabiano Caruana və Hikaru Nakamura kimi dinamik şahmatçıları ABŞ-ın 2700-dən çox xalı olan qrossmeysterlərin reytinqində onların ortalama reytinqini 2790-a çatdırır.
3. Azərbaycan

Super-GMs 2700+: 4
Ən yaxşı oyunçu:  Şəhriyar Məmmədyarov ,, 2809
Super GM-lərin orta reytinqi: 2740.9
Bu dəqiqə Məmmədyarov dünyada böyük fərqlə 2-ci ən güclü şahmatçıdır və hazırda “Namizədlər turniri”də iştirak edir.
Bir çoxları düşünür ki, çempionluq yarışında Maqnus Karlsenlə qarşılacağı təqdirdə Şəhriyar onun üçün çox çətin bir sınaq olacaq.
2. Çin

Super-GMs 2700+: 6
Ən yaxşı oyunçu: Ding Liren, 2769
Super GM-lərin orta reytinqi: 2738.83
Çin, bu 10 ildə çox sayda istedadlı gənc şahmatçı ilə böyük şahmat gücü olaraq ortaya çıxmışdır. 25 yaşlı Linq Diren hazırda bu siyahının önündə gedir.
1. Rusiya

Super-GMs 2700+: 12
Ən yaxşı oyunçu: Vladimir Kramnik, 2800
Super-GM-lərin orta reytinqi: 2737.12
Rusiya onilliklər boyu şahmat dünyasını idarə etib və bu sürpriz deyil. Təəccüblü olan odur ki, köhnə dünya çempionu Vladimir Kramnik, 42 yaşında  yenə də 2800-lər klubundadır və bu dünya 3-cüsü üçün çox yaxşı nəticədir.