VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus daha bir neçə obyekt dağıdılıb və xeyli terrorçu məhv edilib.

Türkiyə KİV-i Silahlı Qüvvələrin Baş Qərargahına istinadən bildirir ki, beləliklə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı məhv edilən terrorçuların sayı 649-a çatıb.

Baş Qərargah "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini bildirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

virtualaz