İlber Ortaylının qızı onun əşyalarını "WhatsApp"da su qiymətinə satdı

İlber Ortaylının qızı onun əşyalarını WhatsAppda su qiymətinə satdı
Video
Şou-biznes 990

Məşhur tarixçi İlber Ortaylının şəxsi əşyalarının satışa çıxarılması sosial mediada geniş müzakirələr yaradıb.

BAKU.WS xəbər verir ki, qızı Tuna Ortaylı, atasının İstanbuldakı 7 evində olan, kitabları və iş masalarından başqa qalan digər ev əşyalarını ikinci əl məhsulların satıldığı bir "WhatsApp" qrupunda satışa çıxarıb.

Satışa qoyulan əşyaların qiymətləri 100 və 800 lirə arasında olub. Tarixçinin əşyalarının ucuz qiymətə satılması tənqid olunub.

Tuna Ortaylı sosial media hesabından bu tənqidlərə cavab verib.

O, əşyaların satışından əldə edilən gəlirin "TEMA Fondu" vasitəsilə İlber Ortaylının adına xatirə meşəsi və kitabxana yaradılması üçün ianə ediləcəyini açıqlayıb.

"Atam çay fincanları və ya köhnə əşyalarla deyil, kitabları və qoyub getdiyi elmi irsi ilə xatırlanmaq istərdi" - deyə Tuna fikirlərinə əlavə edib.

Xatırladaq ki, İ.Ortaylı bu ilin martında vəfat edib. O şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və reanimasiyada müalicə alırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər