Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları haqqında məlumat verib.
Prezident Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.
Qalereya
Oxşar xəbərlər
Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin altıncı ildönümü qeyd olunub. BAKU.WS "Report"a istinadən xəbər verir...