Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə cavab verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, M. Pezeşkian bu barədə IRIB-yə müsahibəsində bildirib.
"Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik və torpağımızın hər qarışını qoruyacağıq", - o deyib.
İran Prezidenti əlavə edib ki, Trampın bəyanatlarına amerikalıların özləri cavab verməlidirlər.
Xatırladaq ki, ABŞ Prezidenti D. Tramp bildirib ki, Amerika hərbçiləri tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacaq. Ağ Ev rəhbəri Hörmüz boğazına ABŞ-nin nəzarət edəcəyini də açıqlayıb. Halbuki İran bu su yolunun idarəçəliyini yalnız Omanla bölməyə razıdır.
Oxşar xəbərlər
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır
Rusiya Ukraynanın enerji, kritik infrastruktur və ərzaq ixracı obyektlərinə zərbə endirməyi dayandırarsa, deeskalasiya istiqamətində cavab addımları atıla bilər...