"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb

Sabah UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
Video
İdman 159

"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.

Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Sabah" II təsnifat mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

***23:15

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşmasında hesab dəyişib.

BAKU.WS xəbər verir ki, 89-cu dəqiqədə Coşua Lok hesab arasındakı fərqi azaldıb - 1:2.

***22:14

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşmasında hesab dəyişib.

BAKU.WS xəbər verir ki, matçın 42-ci dəqiqəsində Rəhman Daşdəmirov fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb - 0:2.

***21:58

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşmasında hesab açılıb.

BAKU.WS xəbər verir ki, 28-ci dəqiqədə Coy Lens Mikels bakılıları önə keçirib.

***21:30

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS - "Sabah" qarşılaşması start götürüb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Osvestri şəhərindəki "Park Hall" stadionunda baş tutur.

***21:10

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək TNS - "Sabah" matçının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, saat 21:30-da başlayacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:

TNS: 1 Şeppard, 14 Uilyams, 16 Simeu, 6 Bodenhem, 10 Redmond (k), 21 Smit, 4 Korness, 15 Farrell, 8 Brobbel, 17 C. Uilyams, 20 Hyuz.

Ehtiyat oyunçular: 44 Cenkins, 7 Barton, 12 Qodsmark-Ford, 19 Klark, 22 D. Devis, 23 Nolan, 24 Nadin, 26 Fillips, 27 Kanavan, 31 Vullem, 34 Lok, 37 Ceffris.

"Sabah": 92 Stas Pokatilov (k), 27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov, 33 Erivaldo Almeyda, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 19 Aron Maluda, 20 Coy Lens Mikels, 21 Velko Simiç.

Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 11 Parris, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər