272 kiloqram arıqlayan gənci görənlər tanımadı
Yeniliklərdən dərhal xəbərdar olun
"Family by the Ton" şousu ilə tanınan Kesi Kinq inanılmaz dərəcədə arıqlayaraq rekord vurub.
BAKU.WS xəbər verir ki, o 2018-ci ildə verilişə qatılarkən 381 kiloqram çəkidən əziyyət çəkirdi. 7 il ərzində əzmkarlıq nümayiş etdirən gənc 272 kiloqram arıqlayaraq çəkisini 109 kiloqrama qədər endirib.
Çəki problemi ilə hələ məktəb illərindən mübarizə aparan Kinq, orta təhsilini bitirəndə artıq 136 kiloqram olub.
Bir müddət restoranlarda çalışan, lakin sonra işdən çıxaraq atasının yanına köçən Kesi, hərəkətsiz həyat tərzi səbəbindən sürətlə çəki almağa davam edib.
Proqramda yaşadığı dəhşətli çətinliklərdən danışan Kinq, standart vannalara sığmadığı üçün həyətdəki böyük bir su çənində çimib.
Hətta o, mövcud vəziyyətinə görə 40 yaşına qədər yaşayacağına ümid etmədiyini bildirmişdi.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...