Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb
04
avq
2024
14:44
Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyları zamanı 2 minə yaxın insan həbs edilib.
Bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib.
O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına "maksimum cəza" vəd edib.
"Bu dəfə heç bir bağışlanma olmayacaq", - o deyib.
Venesuela lideri daha əvvəl ölkədə baş verən iğtişaşlar zamanı iki hərbçinin həlak olduğunu bildirib.//report
Oxşar xəbərlər
Venesueladakı iğtişaşların yatırılmasında "Vaqner"çilər də iştirak edir - VİDEO
Venesuelada Nikolas Maduronun prezident seçilməsindən sonra ölkədə kütləvi iğtişaşlar baş verib. Maduronun qələbəsini qaəbul etməyən narazı kütlə iğtişaşlar tör...