Türkiyənin iki şəhərinə sel gəldi, ölənlər var - FOTO/VİDEO
Türkiyənin Ordu və Muş şəhərlərinə güclü sel gəlib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, gecədən etibarən başlayan yağış suları torpaq sürüşməsinə və güclü leysana səbəb olub.
Dərələrdə sular daşıb. Rəsmilərin yaydığı məlumata görə hərkvadratmetə təxminən 100 litr yağış suyu düşüb.
Onlar sakinləri körpü olan ərazilərdən uzaq durmağa çağırıblar.
Çaybaşı bölgəsində güclü yağışların selə çevrilməsi nəticəsində 83 yaşlı Hatice Kocakoç həyatını itirib.
Onun ayağı sel axına düşüb və boğularaq ölüb. Haticenin cansız bədəni kilometrlərlə uzaqda aşkar edilib. Muşun Malazgirt bölgəsində də güclü leysan olub. 20 yaşlı Nazar Karataş selə düşərək boğulub.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...