Üzünə butulka atılan Cem: “Mən güldən ötrü tikanı da sevərəm...” - VİDEO

Üzünə butulka atılan Cem: “Mən güldən ötrü tikanı da sevərəm...” - VİDEO
Video
Siyasət 154

Məşhur müğənni Cem Adrian başına gələn xoşagəlməz hadisədən sonra ilk dəfə açıqlama yayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van şəhərində konserti zamanı üzünə butulka atılan Cem sosial şəbəkədə bunları yazıb:

“Başıma gələn hadisəylə bağlı mesaj və şərhlərinizi oxuyuram. Mən özümü çox yaxşı hiss edirəm. Belə bir şey hiss etməyinizə ehtiyac yoxdur. Bir gül bağçasındakı kimi idim. 1-2 tikana görə bağçaya küsmək olmaz. Mən tikanı da sevərəm güldən ötrü... Möhtəşəm idin Van... Hər şeyə görə minnətdaram”.

Xatırladaq ki, sənətçinin ötən gün Van şəhərində baş tutan konserti zamanı üzünə butulka atıblar. Lakin Adrian səhnəni tərk etməyib və mahnısını oxumağa davam edib.

Son xəbərlər