Putindən ABŞ-ın Asiyada raketlər yerləşdirməsinə sərt reaksiya

Putindən ABŞ-ın Asiyada raketlər yerləşdirməsinə sərt reaksiya
Siyasət 86

Rusiya, ABŞ-ın Asiyada orta və daha qısa mənzilli raketləri (INF) yerləşdirməsinə mütləq cavab verəcək.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Amerika istehsalı INF sistemləri haradasa görünsə, o zaman Rusiya “güzgü” kimi hərəkət edəcək", - prezident qeyd edib.

Xatırladaq ki, daha əvvəl Putin deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) kosmosda silahların yerləşdirilməsinə qadağa qoyulması ilə bağlı mövqeyi “bütün dünya üçün siqnaldır”.

Qeyd edək ki, ABŞ-ın Sakit okeandakı Quru Qoşunlarının komandanı, general Çarlz Flinn Amerikanın Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırdığını bildirib.

O əlavə edib ki, ABŞ-ın Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı çıxış yolunu tapmaq son dərəcə vacibdir:

“Biz Hind-Sakit okean regionunda müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi və tezliklə bu cür raketləri regionda yerləşdirməyi planlaşdırırıq”.

Xatırladaq ki, SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilənin müddəalarına uyğun olaraq, Vaşinqton 500-dən 5500 km-ə qədər məsafədə yerüstü ballistik raketləri, qanadlı raketləri və raket buraxılış sistemlərini yerləşdirə bilməzdi.

Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək sazişdən çıxıb.

Son xəbərlər