SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Mahsun Kırmızıgül uzun illərdən sonra yenilik edəcək.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi yenidən aktyorluğa qayıdır.

O bu barədə sosial şəbəkə hesabında bildirib: 
"Serial və film sənayesi ciddi şəkildə kişilərdən məhrumdur. Uzun illərdir ki, təkliflərə qapılarımı bağlamışam, amma yeni qərarımla bundan sonra gələn təklifləri nəzərdən keçirəcəyəm. 2025-ci ildə məni həyəcanlandıran bir layihədə iştirak edəcəyəm.  Gələn il açıq şəkildə deyirəm ki, mən çox xüsusi bir layihədə rol alacağam".

BAKU.WS