Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakının 4 rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının (Y.V.Çəmənzəminli, Ə.Rəcəbli, S.Rüstəm, R.Rza, Tolstoy, Mərdanov qardaşları, B.Səfəroğlu, D.Əliyeva, İ.Səfərli, Ə.Topçubaşov, 8-ci Köndələn və O.Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsi) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...