Başqasının nişanlısına sataşan Mahsun Kırmızıgülün oğlunu döydülər - FOTO
Məşhur müğənni Mahsun Kırmızıgülün oğlu dava edib.
BAKU.WS “metropolhaber”ə istinadən xəbər verir ki, ötən gün müğənni və aktrisa Ayşe Akının nişan mərasimi olub.
İş adamı Tufan Doğanla nişanlalan Ayşe İstanbulun Nişantaşı səmtində yerləşən restoranlardan birinə gedib.
Həmin vaxt Mahsun Kırmızıgülün oğlu Mahmut da orada olub. O, əvvəldən tanıdığı Ayşenin yanağına toxunub.
Bunu görən Tufan Doğan dava salıb. O, Mahmutun yaxasından yapışaraq ona şillə vurub və oturduğu stuldan yerə salıb.
Daha sonra tərəflər arasındakı gərginlik davaya çevrilib. İşçilərin və restoran sahibin müdaxiləsi nəticəsində onların mübahisəsi səngiyib.
Qalereya
Oxşar xəbərlər
Makrona sillə vuran şəxs görün kim çıxdı - FOTO/VİDEO
Fransanın Drome bölgəsinə səfəri zamanı prezident Emmanuel Makrona sillə vuran şəxsin peşəkar idmançı olduğu üzə çıxıb. BAKU.WS "AFP"yə istinadən xəbər verir ki...