Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz həmkarım.
Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi. İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.
Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib
Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə başsağlığı verib. BAKU.WS məktubu təqdim edir: "Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan...