Mahsun Kırmızıgülün “Güzel Atlar Diyarı” ləğv edildi - FOTO

Mahsun Kırmızıgülün “Güzel Atlar Diyarı” ləğv edildi - FOTO
Foto
Siyasət 276

Məşhur müğənni Mahsun Kırmızıgülün “Güzel Atlar Diyarı” adlı serialının çəkilişi ləğv edilib.

BAKU.WS xəbər verir ki, layihənin dayandırılmasına səbəb sənətçinin serial üçün istədiyi aktyorları bir araya yığa bilməməsi olub.

Belə ki, Kırmızıgül yeni layihəsində çəkilməsi üçün bəzi aktyorlarla razılığa gələ bilməyib.

Serialın çəkilişi yanvarın sonuna nəzərdə tutlmuşdu.

Məlumatlara görə, aktyor heyəti tam hazır olarsa “Güzel Atlar Diyarı” iyulda ekranlaşdırıla bilər. Baş rollarda Halil Ergün və Meltem Cumbul kimi aktyorlar çəkiləcəklər.

Son xəbərlər