İyun ayının qeyri-iş günləri AÇIQLANDI
25
may
2026
13:10
İyun ayının qeyri-iş günləri müəyyənləşib.
BAKU.WS Oxu.az-a isitinadən xəbər verir ki, iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.
Belə ki, bura iki rəsmi bayram və dörd həftəsonu günləri daxildir.
15 iyun - Milli Qurtuluş Günü, 26 iyun - Silahlı Qüvvələr Günüdür. Qeyd olunan tarixlər müvafiq olaraq bazar ertəsi və cümə gününə təsadüf edir.
Bununla yanaşı, 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun isə şənbə və bazar günləridir.
Onu da əlavə edək ki, iyunun 13-də, 14-də, 15-də, həmçinin 26, 27 və 28-də ardıcıl olaraq qeyri-iş günləri hesab ediləcək.
Oxşar xəbərlər
Bu ekspres marşrut "Elmlər Akademiyası" ndan "Koroğlu"ya qədər gedəcək
Bakı metropoliteninin "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edil...